ABŞ təyyarələri Pakistan ərazisini vurublar

Amerikanın pilotsuz təyyarələri yenidən Pakistan ərazisini vurublar.

Azı 7 nəfərin öldüyü xəbər verilir.

Yerli hakimiyyətin məlumatına görə, yaraqlıların mövqelərinə 4 raket buraxılıb və ölü sayı arta da bilər.

Əməliyyat Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində keçirilib.
Son zamanlar bu bölgədə Taliban və əl Qaidənin gücləndiyi müşahidə olunur.