Taliban Pakistandakı hücuma görə cavabdehliyi üzərinə götürüb

Pakistanda NATO-nin maşın karvanına edilmiş hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Şənbə günü yaraqlılar Pakistanın Sibi şəhərində Əfqanıstandakı koalisiya qüvvələrinə yanacaq aparan maşın karvanına hücum edərək 30-a yaxın sisterni yandırıblar.

Talibanın sözçüsü Əzim Tariq bildirib ki, ABŞ-ın pilotsuz təyyarələrinin bölgədə yaraqlılara qarşı keçirdikləri hərbi əməliyyatlara son qoyulmayınca bu cür hücumlar davam edəcək.