Azərbaycan növbəti məğlubiyyətə uğradı. Bu dəfə Avstriyaya 0:3

Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan Milli Yığması Vyanda Avstriya yığması ilə qarşılaşıb. Azərbaycan millisi növbəti məğlubiyyətə məruz qalıb, 0-3. Oyunun ilk dəqiqələrində meydan sahibləri hesabı açıblar. Bu hesab fasiləyə qədər dəyişməyib. İkinci hissənin 8-ci dəqiqəsində meydan sahibləri hesabı artırıblar. Oyunun son dəqiqələrində isə Avstriya futbolçuları üçüncü qollarını vurublar.

Azərbaycan millisinin çıxış etdiyi A qrupunda daha iki oyun keçirilib. Qazaxstan öz meydanında Belçikaya 0-2 hesabılə uduzub. Qrupun liderləri Almaniya ilə Türkiyənin oyununda isə meydan sahibləri, almanlar 3-0 hesabı ilə qələbə qazanıblar.