Tehranda Xəzərin statusu müzakirə olunacaq

Noyabrın 5-6-da Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı növbəti iclas keçiriləcək.

İSNA-nın məlumatına görə, iclasda 5 Xəzəryanı ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinləri iştirak edəcəklər.