Deputatlığa 392 nəfərin namizədliyi qeydə alınıb

Noyabrın 7-də keçiriləcək parlament seçkilərinə 392 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, bu günə kimi 125 seçki dairəsi üzrə 1411 nəfərin namizədliyi təsdiq edilib.