Halal kosmetika?

Ətir ya boya alanda cəsarətlə soruşa bilərsiniz ki, bu, halal kosmetikadırmı?

Dünyada yeni trend, təmayül başlanır- halal kosmetika.

Dünyadakı 1 milyard 600 milyon müsəlmana ünvanlanan bu kosmetikada donuzdan və spirtdən istifadə olunmur.
İstifadə olunan mineral maddələr, bitkilərdir.
Tərkibində heyvan məhsuları yoxdur.

Hazırda halal kosmetikanın dövriyyəsi ildə 500 milyon dollardır. Bu , dünyadakı 2 trilyon dollarlıq halal məhsullar bazarında hələlik böyük yer tutmur, ancaq sürətlə böyüyür.

HALALLIĞI KİMDƏN ALMALI?

Halal kosmetikanın inkişafında əsas problemlərdən biri halallıq şəhadətnaməsini kimin verməsidir.

Dünyada hazırda 138 qurum var ki, halallığı onlar müəyyən edir.

Malayziyada Beynəlxalq Halal İnteqrasiyası Alyansı var.
Halal ştampını almaq istəyən ona müraciət edir.

Hətta Avropa Halal İnkişaf Agentliyi var.

Ancaq problem müsəlman dünyasının parçalanmasındadır.
İndiyədək halalın dünya standartını razılaşdırmaq mümkün olmayıb. Şəhadətnamə verən Vahid Ali Orqan da yoxdur.

HALAL KOSMETİKA VURUB YAD KİŞİLƏRİN QABAĞINA ÇIXMAQ OLARMI?

Başqa problem halal məhsuldan haram istifadə problemidir.
Bəzi təşkilatlar halal kosmetikdan istifadənin sərhəddini müəyyən etməyin tərəfdarıdır. Onlar məsələn, deyirlər ki, qadın yad kişilərin xoşuna gəlmək üçün halal kosmetika vura bilməz.

Qadınların halal kosmetika almağa pulları varmı? – isə problem deyil.
Səudiyyə Ərəbistanında hər il qadınların təkcə bank hesablarında 12 milyard dollar yığılır.
Səudiyyə qadınlarının investisiya fondlarındakı pulları isə 2 trilyon dollardır.