AŞPA sədri:«Azərbaycanda azad seçkilərin keçiriləcəyinə ümid edirik»

«Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçiriləcəyinə ümid edirik».

«Trend»in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu deyib.

Oktyabrın 4-də AŞPA-nın plenar sessiyası öz işinə başlayıb. Çavuşoğlu bildirib ki, AŞ PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Bu məqsədlə qurumun seçki öncəsi missiyası seçkilərdən bir ay əvvəl Bakıya səfər edəcək.