ABŞ Əfqanıstanda hərbi strategiyasını dəyişməyəcək

ABŞ prezidenti Barak Obama Əfqanıstanda hərbi strategiyasını dəyişmək niyyətində olmadığını bəyan edib.

Bu barədə Obamanın konqresmenlərə ünvanladığı məktubda deyilir.

Həmçinin qeyd olunur ki, 2011-ci ilin iyulunda əməliyyatlar başa çatana qədər ABŞ prezidenti Əfqanıstana daha 30 min hərbçinin göndərilməsinə göstəriş verib.