Çaves Rusiyaya səfər edəcək

Venesuela prezidenti Uqo Çaves Rusiya, Belorus, İran və Çinə səfər etməyə hazırlaşır.

Bazar günü Karakasdakı çıxışında Çaves deyib ki, Moskvaya oktyabrın 11-də gələcək. Səfərinin detalları haqqında isə o məlumat verməyib.