Qroznıya uçan təyyarə partlayış təhlükəsinə görə yerə enib

Moskvadan Qroznıya uçan sərnişin təyyarəsi partlayış təhlükəsinə görə Volqoqradda yerə enməli olub.

İnterfaksın hüquq mühavizə orqanlarına istinadla verdiyi məlumata görə, bazar günü Vnukovo hava limanına artıq səmaya qalxmış Yak-42 təyyarəsinə bomba qoyulması barədə məlumat daxil olub.

Təyyarədə 73 sərnişin olub, axtarış gedir.