Bosniyada ümummilli seçkilər keçirilir

Bu gün Bosniya-Herseqovinada ümummilli seçkilər keçirilir.

Ölkənin müsəlman, xorvat və seblərdən ibarət 3 icması onları rəyasət heyətində təmis edəcək nümayəndələrini seçirlər.

Həmçinin Bosniya, habelə Serb Respublikası və müsəlman-xorvat federasiyasından ibarət iki regionun parlamentinə seçkilər keçirilir.

Eyni zamanda Bosniyadakı Serb respublikasında prezident seçkiləri keçirilir.

Müşahidəçilər hesab edir ki, seçkilər Avropa Birliyi ilə gələcək münasibətlərdə mühüm rol oynayacaq.