İntiharçının törətdiyi hücumda 3 dinc sakin ölüb

Əfqanıstanın Qəndəhar şəhərində intiharçı minalanmış maşını NATO-nun hərbi maşın karvanına çırpmağa cəhd edib.

Məlumatlara görə 3 adam ölüb, uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.

Ölənlərin hamısı dinc sakinlərdir.

Koalisiya qüvələrinin itki verməsi barədə məlumat yoxdur.