Biləsuvardakı liseyə Milli Qəhrəmanın adı verilib

Biləsuvardakı lisey-məktəb kompleksi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq.

Nazirlər Kabintinin məlumatına görə,qərar Mübariz İbrahimovun adının əbədiləşdirilməsilə bağlı prezidentin 2010-cu il 22 iyul tarixli sərəncamına əsasən qəbul olunub.

Azərbaycan ordumuzun giziri Mübariz İbrahimov iyunun 18-dən 19-na keçən gecə Tərtər istiqamətində erməni birləşməsinin hücumunu dəf edərkən 4 erməni əsgərini öldürərək , özü də qəhrəmancasına həlak olub.

Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Onun meyiti hələ də erməni tərəfindədir.