Əbülfəz Qarayev ATƏT-in missiyanın bölgəyə gəlişinə hazır olduqlarını deyir

“Dağlıq Qarabağdakı tarixi və mədəniyyət abidələrinin vəziyyətilə tanış olmaq üçün faktaraşdırıcı missiyanın bölgəyə gəlişinə hazırıq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Qeyd edək ki, ATƏT-in faktaraşdırıcı missiyası Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmalarla bağlı məlumatları araşdırmaq üçün bu günlərdə bölgəyə baş çəkəcək.