İspaniyada polislə aksiyaçılar arasında toqquşma olub

Sentyabrın 29-da İspaniyada nümayiş zamanı polislə aksiyaçılar arasında toqquşma olub. Onlarla adam xəsarət alıb, həbs olunanlar var.

Toqquşmalar paytaxt Madird və digər iri şəhərlərdə baş verib. Nümayişçilər avtobus stansiyaları, metropolitenin deposunu və ərzaq anbarlarını mühasirəyə alıb, nəqliyyat və digər şəhər xidmətlərini iflic etməyə çalışıblar.

İspaniyada tətilə səbəb bu yaxınlarda əmək bazarında keçirilən islahatlardır, onlardan biri də pensiya yaşının 65-dən 67-ə artırılması olub.