Moldova parlamenti buraxılır

Moldova Prezidenti vəzifəsini icra edən Mihai Gimpu parlamenti buraxıb və Noyabrın 28-nə erkən seçkilər təyin edib.

Artıq 1 ildir, ötən ilin sentyabrından prezident vəzifələrini müvəqqəti icra edən Gimpu deyib ki, konstitusiya və qanunların tələb etdiyi bir qərarı verib.

Erkən seçkilərdə Gimpunun qərbmeylli 4 partiyalı "Avropaya integrasiya naminə alyansı" kommunistlərə qarşı mübarizə aparacaq.