“Hunday”ın 140 min avtomaşınında problem aşkarlanıb

Cənubi Koreyanın “Hunday” avtomobil şirkəti ABŞ-dakı “Hunday-Sonata” modelindən olan 140 min avtomobilini geri çağırır. Səbəb bu modelin sükan idarəetmə mexanizmində qəzaya səbəb ola biləcək problemin aşkar olunmasıdır. Maşınların çağırılmasının oktyabrdan başlanması gözlənilir.

Bu “Hunday” şirkətində olan birinci problem deyil . Bundan əvvəl şirkətin məhsullarının qapılarında da problem aşkar olunmuşdu.