Venesuelada parlament seçkiləri keçirilir

Bu gün Venesuelada parlament seçkiləri keçirilir.

Prezident Uqo Çavesin rəhbərlik etdiyi Sosialist Partiyasının parlamentdə çoxluğu saxlayacağı gözlənilir.

Həmçinin 2005-ci ildə seçkiləri baykot etmiş müxalifət partiyalarının xeyli səs toplayacaqları gözlənilir.

Bu məqsədlə də onlar vahid blokda birləşiblər.

Ekspertlər ölkədə seçkinin keçirilməsi üçün heç bir şərait yaradılmadğını deyirlər.