Əhmədinejad ədəbsizlikdə günahlandırılıb

Mahmud Əhmədinejad BMT-nin sessiyasında çıxış edərkən

Nobel sülh mükafatı laeruatı, Şərqi Timorun prezidenti JJose Ramos-Horta İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabr terror aktlarıyla bağlı dediklərini ədəbsizlik adlandırıb.

Mahmud Əhmədinejad BMT-nin sessiyasında çıxış edərkən deyib ki, çoxları hesab edir ki, bu terror aktlarını ABŞ hökumətinin özü təşkil edib.

Jose Ramos-Horta sentyabrın 25-də sessiyada məsələyə münasibət bildirərkən deyib ki, heç bir liderin əsas qaydaları və qəbul olunmuş davranış formasını pozmaq və bu məclisdə ədəbsizlik etmək haqqı yoxdur.

Jose Ramos-Horta eyni zamanda İranın dinc məqsədli nüvə proqramını inkişaf etdirməyə haqqı olduğunu deyib.