Obama Əhmədinejadı sərt tənqid edib

ABŞ prezidenti Barak Obama İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabrt terror aktlarıyla bağlı dediklərini kəskin pisləyib.

İran prezidenti cümə axşamı BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasının sesiyasında çıxış edərkən deyib ki, insanların əksəriyyəti hesab edir ki, bu hücumu Amerika hökumətinin özü təşkil edib.

Barak Obama BBC-nin fars bölməsinə müsahibəsində bunun Əhmədinejadın özü üçün çox təhqiramiz hərəkət olduğunu deyib.

Həmçinin BMT, Avropa Birliyi və bir sıra dünya ölkələri Mahmud Əhmədinejadın şərhini kəskin ittiham ediblər.