E.Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Robert Bradke , Bernar Fasie və İqor Popovla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

Görüşdə Qarabağ münaqişəsinin həlliylə bağlı gündəmdə olan məsələlər müzakirə olunub.