Əl-Cəzirə NATO-dan 2 operatorunun buraxılmasını tələb edir

Əl-Cəzirə televiziyası NATO qüvvələrindən bu həftə Əfqanıstanda saxlanmış 2 operatorunun buraxılmasını tələb edib.

Televiziya kanalının yaydığı bəyanatda deyilir ki, onlar talibançılarla əməkdaşlıq ittihamı ilə ölkənin müxtəlif rayonlarında saxlanıblar.

Əl-Cəzirə kanalı NATO komandanlığını Əfqanıstan münaqişəsinin hərtərəfli işqılandırmasına mane olmağa cəhddə ittiham edir.

NATO komandanlığı hələlik bu bəyanata münasibət bildirməyib.