ABŞ hökumətində Əfqanıstanla bağlı narazılıq var

ABŞ hökumətinin daxilində Əfqanıstandakı yeni strategiya ilə bağlı fikir ayrılıqları mövcuddur.

Jurnalist Bob Vudvord “Obamanın Müharibəsi” kitabında yazır ki, ABŞ-ın Əfqanəstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbrukla prezidentin müşaviri general Duqlas Lyut da daxil olmaqla prezident komandasının bir sıra tanınmış üzvləri 2011-ci ildə Əfqanıstandan ordunun çıxarılmasına başlanmasına şübhəylə yanaşırlar.

Ağ ev hələlik məsələyə münasibət bildirməyib.