Rusiya MDB ölkələrinə yardımlarını davam etdirəcəyini deyir

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 21-də BMT-də çıxışında bildirib ki, Moskva Müstəqil Dövlətlər Birliyi ölkələrinə yardımları özünün prioritetləri sırasına daxil etməyi planlaşdırır.

Nazir deyib ki, onun ölkəsi beynəlxalq inkişaf proqramlarına 2008-ci ildə 220 milyon, 2009-cu ildə isə 800 milyon dollar pul xərcləyib. Bunlar da əsasən MDB və Afrika ölkələrinə yardımlar şəklində xərclənib.

Lavrov həmçinin prezident Medvedevin ıtraf mühit riskmlərindən sığorta fondunun yaradılması təşəbbüsünü dəstəkləməyə çağırıb.