Qadın idmançı 143 kiloqramı qaldırdı


Qazaxıstanlı qadın idmançı Maiya Maneza Türkiyədə keçirilən dünya çempionatında 143 kiloqram ağırlığı qaldıraraq dünya rekordunu təzələyib. O, 63 kiloqram çəkidə yarışıb. Bundan əvvəl həmin rekord 2006-cı ildə 142 kiloqramı qaldırmış tailandlı Pavina Tonqsuka məxsus idi.