Azərbaycan və ABŞ prezidentləri görüşəcək

ABŞ prezidenti Barak Obama

Sentyabrın 24-ü Nyu-Yorkda ABŞ prezidenti Barak Obama və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçiriləcək.

Bunu jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rhodes deyib.

Ben Rhodes jurnalistlərlə görüşündə bildirib ki, Obamanın bir sıra görüşləri var:

“Cümə günü prezident Obama bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək. Səhər ABŞ-ın geniş məsələlər dairəsi üzrə, həmçinin Əfqanıstan səylərində, vacib partnyoru olan, Azərbaycanın prezidenti ilə görüş planlaşdırılıb”, - Ben Rhodes deyib.