Rusiya gözünü Şimal qütbünə dikib


Rusiya Şimal Qütbündə- Arktika neft-qaz axtarışlarını sürətləndirir. Bu məqsədlə siyasətçi və qütb araşdırmaçısı Artur ilinqarovun rəhbərliyi ilə gələn ay yeni missiya yola düşəcək.

Dünyanın kəşf edilməmiş neft-qaz ehtiyatlarının ¼-inin Arktikada olduğu güman edilir. Rusiya ilə yanaşı ABŞ, Danimarka və Kanada da Şimal qütbündəki ərazilərə iddia edir.