İsveçdə parlament seçkiləri keçirilir

Məlumatlara görə, baş nazir Fredrik Reynfeldin rəhbərlik etdiyi sağ-mərkəzçi koalisiyanın qələbəyə şansı daha çoxdur.

Koalisiyanın əsas rəqibi sosial-demokratlar, yaşıllar və solçuları birləşdirən sol-mərkəzçi blokdur.

Həmçinin immiqrasiya əleyhinə şüarlarla çıxış edən demokratların 4 faizli həddi keçmək şansı var.