Hərbi təlim zamanı 4 əsgər yaralanıb

Ukraynada keçirilən hərbi təlimdə 4 əsgər yaralanıb.

Krımda keçirilən hərbi təlim zamanı “Kirovoqrad” gəmisində 2 artileriya mərmisi partlayıb.

Bu barədə Ukrayna Hərbi Dəniz Donanmasının nümayəndəsi xəbər verir.
Faktla bağlı araşdırma gedir.