Birinciləri «Dədə Qorqud», «Məlikməmməd» təbrik edəcək

Bakı Uşaq Teatrı ilk dərs günü ilə bağlı məktəblərdə yeni layihə həyata keçirəcək.

AzərTAc-ın məlumatına görə, teatrın aktyorları Dədə Qorqud, Məlikməmməd, Tıq-tıq xanım və s. nağıl personajlarının obrazında 10-15 məktəbə gedib birinci sinifləri dərs ilinin başlaması münasibətilə təbrik edəcəklər.

Görüş zamanı həm də birincilərə «Uşaq teatrı» qəzetinin ilk nömrəsi hədiyyə ediləcək.