Əhmədinejat Nyu-York görüşünə getməyə bilər

İran prezidenti Mahmud Əhmədinejat çox güman ki, Nyu-Yorkda dünyada nüvə tərkisilahına dair görüşə qatılmayacaq. Bu barədə BMT-nin baş katibi Ban Ki Mun «Reuters» agentliyinə müsahibəsində deyib.

BMT-yə üzv dövlətlər sentyabrın 24-də dünyada nüvə tərkisilahı mövzunu müzakirə edəcəklər.

Sentyabrın 13-də Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, Tehranın nüvə fəaliyyətini yoxlamaqda çətinlik çəkir. Qərb dövlətləri Tehranı qadağan olunmuş nüvə silahı hazırlamaqda şübhəli bilir. İran iddiaları qəbul etmir.