Vladimir Kliçko rəqibini nokauta salıb

Ukraynalı boksçu Vladimir Kliçko nigeriyalı Semuel Piteri nokauta salıb.

Frankfurtda keçirilən döyüşdə Vladimir Kliçko rəqibinə 10-cu raundda qalib gəlib.

Beləliklə o, WBO, IBO və IBF versiyalarında çempionluğunu qoruyub saxlayıb.

Vladimir Kliçko indiyədək keçirdiyi 59 döyüşdən 55-də qələbə qazanıb.