Prezident internetə nəzarət təkilifinə «yox» deyir

Dmitri Medvedev

Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, dövlətin internetin tənzimləməsi ilə bağlı heç bir niyyəti yoxdur.

Bu haqda xəbər verən «İnterfaks» Agentliyi qeyd edir ki, Medvedev internetin işinə qarışmaq təklifinə «yox» cavabı verir.

Xatırladaq ki, belə bir təklif Rusiya Dumasının iclasında hakim «Единая Россия» («Vahid Rusiya») fraksiyası tərəfindən irəli sürülmüşdü.

«Rusiya hökuməti ümumiyyətlə internetlə məşğul olmur. Başqa ölkələrdəki kimi burada da (Rusiyada) internet öz qanunları ilə yaşayır», – deyə Medvedev bildirib.

Elektron KİV-lərin rolu haqda danışan Rusiya prezidenti qeyd edib ki, çoxları ümumiyyətlə başqa mediadan istifadı etmir və internetin rolu getdikcə artır.

«Şəxsən mən televizora nadir hallarda baxıram», - deyə Medvedev əlavə edib.