Mitroviçada etnik alban öldürülüb

Mitroviça şəkərində serblərin üstünlük təşkil etdiyi hissədə bir alban güllələnib.

31 yaşlı Hakif Mehmet sentyabrın 7-də gecə evinin yaxınlığında naməlum şəxslər tərəfindən güllələnib. Xəstəxanaya aparılsa da, güllə yarasından keçinib.

Polis hadisənin səbəblərinin hələlik məlum olmadığını deyib.

Mitroviça şəhəri 1998-1999 Kosovo münaqişəsindən sonra etnik albanların üstünlük etdiyi cənub və serblərin yaşadığı şimal arasında bölünüb.