Dövlət Neft Fondunu beynəlxalq auditor şirkəti yoxlayacaq

Dövlət Neft Fondu 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin yoxlanmasını beynəlxalq auditor qurumu olan Ernst and Young şirkətinə verib.

Neft Fonunun yazılı açıqlamasında bildirilir ki, bunun üçün tender keçirilib və həmin şirkətin təklifi bəyənilib.