Əfqanıstanda müxalifət mövqeli jurnalisti qətlə yetiriblər

Əfqanıstan prezidenti Həmid Karzayi tanınmış telejurnalistin qətli ilə bağlı təcili və açıq istintaq aparmaq göstərişi verib.

45 yaşlı jurnalist Sayed Hamid Nurinin meyidi sentyabrın 5-də evinin yaxınlığında tapılıb. Onun bədənində bıçaq yaraları olub və qatillər başını da kəsiblərmiş.

Nuri dövlət telekanalında xəbərlər proqramının aparıcısı və Karzayi əleyhinə müxalifət qruplarından birinin fəallarından olub.