Moldovada keçirilən referendum baş tutmamış sayıla bilər

Sentyabrın 5-də Moldovada Konstitusiyaya dəyişikliklə bağlı keçirilən referendum baş tutmamış sayıla bilər.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, referendumda seçicilərin 29,7%-i iştirak edib. Referendumun baş tutması üçün səsvermədə seçicilərin azı 33%-nin iştirakı tələb olunur.

MSK referendumu baş tutmamış elan etsə, səslər sayılmayacaq.

Qanunvericiliyə görə, Moldovada prezidenti parlament seçir. Konstitusiyaya təklif olunan dəyişiklikdə prezidentin xalq tərəfindən seçilməsi nəzərdə tutulurdu.