Erməni birləşmələri Tərtərdə atəşkəsi pozub

Bazar gününə keçən gecə Ermənistan silahlı qüvvələri Tərtərin işğal altındakı Talış kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və rayonun Çaylı kəndini atəşə tutublar.

ANS-in məlumatına görə, atışma təxminən 5 saata qədər davam edib.

Hələlik itki və ya xəsarət alanların olmadığı bildirilir.