Rosneftə yeni rəhbər təyin edilib

Eduard Xudaynatov “Rosneft” konserninin rəhbəri təyin edilib.

O, bundan əvvəl şirkətin vitse-prezidenti idi.

Prezident Dimitri Medvedevin göstərişi ilə onun namizədliyi şənbə günü direktorlar şurası və səhmdarların ümumi iclasına çıxarılıb.

Xudaynatov sentyabrın 6-dan rəsmi fəaliyyətə başlayacaq.

Hazırda şirkətə əvvəlki direktor Sergey Boqdançikov rəhbərlik edir.
Onun səlahiyyət müddəti iyunun 29-da sona yetib.