Vətənə qayıdan türk yazıçısını quldurluq ittihamı ilə tutublar

Doğan Alkanlı

İstanbul Məhkəməsi – Vətənə qayıdarkən həbs edilmiş mühacir türk yazıçısı Doğan Akhanlını azadlığa buraxmaqdan imtina edib – onun üçüncü apelyasiya şikayətini də rədd edib.

Doğan Akhanlını 1989-cu ildə bir şəxsin ölümü ilə nəticələnmiş soyğunda iştirak etməkdə günahlandırırlar.

Yazıçı 1991-ci ildə Türkiyəni tərk edib və Amaniyada siyasi mühacir kimi yaşamağa başlayıb. 2005-ci ildə Almaniya vətəndaşlığı alan Akhanlı bu ilin avqustunda İstanbul aeroportunda həbs edilib.

O, 19 ildən sonra ilk dəfə Vətənə - xəstə atasını görməyə gəlibmiş.

Yazıçı ittihamları rədd edir, onun vəkili Frans-press agentliyinə deyib ki, Akhanlını bir şahidin ifadəsi ilə tutublar. Vəkil iddia edir ki, həmiş şəxsdən ifadəni işgəncə ilə alıblar.

Yazıçının həbsinə etiraz olaraq axır həftələrdə Almaniyada aksiyalar keçirilib.

Etirazçılar iddia edirlər ki, bu həbs yazıçıdan qisas almaq cəhdidir, çünki o, öz əsərlərində 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsindən yazır. Türkiyə hökuməti isə həmin hadisəni "soyqırım" kimi tanımır.

Akhanlının romanları Avropada bir sıra mükafatlara layiq görülüb.