Cəbhə xəttində döyüş: iki hərbçi həlak olub

Cəbhə xəttində növbəti toqquşma baş verib.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Ermənistan ordusu sentyabrın 3-dən 4-nə keçən gecə Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında qəfil hücuma keçib.

Atışma zamanı bir Azərbaycan döyüşçüsü həlak olub, daha biri isə yaralanıb. Sonradan həmin yaralı da xəstəxanada keçinib.