Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb

Sentyabrın 3-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış şübhəli əşyanın 2 ədəd istifadəyə yararlı fişəng atımı olduğu müəyyən edilib.