Xanəmirdən iki yeni kitab

Şair Xanəmir Telmanoğlunun iki yeni kitabı çapdan çıxıb. “A mədəniyyətinin lüğəti” və “Göyə qayıdan mətnlər”.

“A mədəniyyətinin lüğəti” kitabında Azərbaycan türk dilinin təfəkkürcə bərpası məsələsini ortaya qoyan yazar indiyəcən mənası açılmayan bəzi sözlərin konkret mənasını açmağa çalışır.

Bu əsədə hər söz bir obraz kimi çıxış edir.

“Göyə qayıdan mətinlər “ kitabında isə yazar Azərbaycan ədəbiyyatı üçün maraqlı bildiyi tezislərlə çıxış edir. Bu tezislər :

- Bizdə yazılı ədəbiyyat olmayıb,

- Yeni şeirə yeni qafiyə təklifi,

- Ədəbiyyatda energetik dil,

- Milli deyil, irfan,

- Mətnlərdə və-dən, ki-dən imtina

kimi yanaşmalardan ibarətdir.

Kitabda şairin eksperimental yazılarından nümunələr də yer alıb.

Mənbə: “Doqquz iklim”