Mitinqdə partlayışda 50-dən çox adam həlak olub

Pakistanın cənub-qərbində Quetta şəhərində şiələrin mitinqi zamanı intiharçı bomba partladıb. Hadisədə 50-dən çox adam həlak olub, 200 nəfərə qədər yaralı var.

İntiharçı sentyabrın 3-də şiələrin fələstinlilərlə həmrəylik üçün keçirdikləri Qüds günü mərasimləri zamanı özünü partladıb.

İki gün əvvəl də Pakistanda Lahor şəhərində şiələrin mitinqində törədilən partlayışda 35 nəfər həlak olmuş, 300 nəfər də yaralanmışdı.