Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra bilər

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı 2011-2012-ci illərdə Azərbaycanın Rusiyaya satacağı təbii qazın həcminin artırılması barədə saziş imzalana bilər.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko belə bir açıqlama verib. APA-nın məlumatına görə, saziş Azərbaycan Dövlət Neft Şirkəti və Qazprom arasında imzalana bilər.

Prixodko qeyd edib ki, enerji sahəsində qarşılıqlı fəaliyyət, həmçinin perspektivli sərmayə layihələri ikitərəfli əlaqələrdə prioritet yeri tutur.