Azərbaycan 11 milyard dollar itirib

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın ticarət tərəfdaşı olan 16 ölkənin səfirliyinə müraciət edərək illər üzrə ticarət dövriyyəsinə aid məlumatları verməyi xahiş edib. Həmin səfirliklərdən aldığı məlumatları isə Azərbaycanın Dövlət Statistika Komistəsinin rəsmi rəqəmləri ilə müqayisə edib.

Məsələn, Türkiyə məlumat verib ki, 2007-ci ildə Azərbaycana 1 milyard 407 milyon manatdan çox dəyərdə mal göndərib.

Amma Sizcə, Azərbaycanın Dövlət Statistika Komitəsində 2007-ci ildə Azərbaycana Türkiyədən nə qədər mal gəldiyi yazılıb?

İqtisadi Tədqiqatlar Mərkəzinin dövlətdən gizlənən pulların miqyası haqqında araşdırmasının nəticələri və Dövlət Gömrük Komitəsinin arqumentlərini ətraflı "KORRUPSİOMETR" saytında oxuyun.