Təşviqatla məşğul olan 5 nəfərin cəsədi tapılıb

Əfqanıstanın Herat əyalətində seçki kampaniyasının 5 fəalının cəsədləri tapılıb.

Deputatlığa namizədlərdən birinin təşviqatıyla məşğul olan 5 nəfər avqustun 25-də yoxa çıxmışdılar.

Hələlik bu qətllərə görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Talibançılar dəfələrlə 18 sentyabr seçkilərində iştirak etmək istəyənləri ölümlə hədələyiblər.