Hücumda 8 polis ölüb,biri yaralanıb

Əfqanıstanın şimalındakı Gündüz əyalətində polis məntəqəsinə edilmiş hücum nəticəsində 8 polis ölüb, biri isə yaralanıb.

Əyalətin qubernatoru Məhəmməd Ömər hücumun dəf edildiyini xəbər verir.

Talibançıların sözçüsü Zabulla Mücahid Azadlıq Radiosuna telefonla bildirib ki, hücumu onlar törədiblər.