Xorvatiya qətldə ittiham olunan Kaliniçi Belqrada verib

Xorvatiya Serbiyanın keçmiş baş naziri Zoran Cinciçin qətlində ittiham olunan Sretko Kaliniçi Belqrada verib.

Serbiyayla Xorvatiya bu yaxınlarda məhbusların mübadiləsiylə bağlı ikitərəfli razılaşma imzalayıblar.

Serbiyada 30 il həbs cəzasına məhkum edilmiş Kaliniç, 2003-cü ildən bu yana axtarışdadır.

O, bu ilin iyununda Xorvatiyada həbs olunub.