Yer altından gələn məktub Çilini ayağa qaldırıb

Çili prezidenti Sebastyan Pinera yer altında gələn məktubu nümayiş etdirir

Çilidə 17 gündür ki, yerin altında qalmış mədənçilər sağdırlar. Bunu ölkə prezidenti Sebastiyan Pinera bildirib.

17 gün bundan əvvəl Kopyapo şəhərinin yaxınlığındakı qızıl və mis mədənində qəza baş verib. San-Esteban mədənindəklı uçqunun altında 33 nəfər qalmışdı.

Xilasedicilər şaxtaya zond sallayıblar və bazar günü mədənçilərdən məktub alıblar. Məktubda xüsusi bunkerdə olan 33 şaxtaçının hamısının sağ olduqları bildirilir. Prezidentin bu xəbəri açıqlamasından sonra ölkədə adamlar bayraqlarla küçələrə çıxıb, sevinclərini bölüşüblər.

Mütəxəssislər hesab edirlər ki, xilasedici əməliyyatlar həftələrlə vaxt apara bilər. Bu müddət ərzində şaxtaçılara su, yemək, oksigen və avadanlıqlar göndəriləcək.